“Cənab Prezident İlham Əliyev öz fəaliyyətində hər zaman xalqın dəstəyinə arxalanıb. Dövlət başçısının gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Bu siyasət indi də uğurla davam etdirilməkdədir. Ona görə də Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti həmişə dəstəkləyir, bu siyasətə alternativ görmür”. Bunu hafta.az-a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.
Millət vəkili vurğulayıb ki, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan analoqu olmayan inkişaf yolu keçib: “Bu gün biz bütün sahələrdə inkişaf görürük. Son illər ölkəmizin mənzərəsi tamamilə dəyişib.Sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft sektorunda güclü potensial formalaşdırılıb. Eyni zamanda, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələrin əldə olunması, ölkənin simasının ən mütərəqqi standartlara uyğun müasirləşməsi, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanması, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsinə nail olunub. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticələridir və Azərbaycan vətəndaşı da bu uğurları yüksək qiymətləndirərək daima dövlət başçısının yanında olduğunu göstərir”.